Antarktidanın qərbində 100 il əvvəl batmış gəminin qalıqları tapılıb

A- A A+

Bir qrup alim ekspedisiya zamanı Antarktikanın tədqiqatçısı Ernest Şekltonun gəmisinin qalıqlarını tapıb. Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, batmış gəminin axtarışına fevralın 5-də Keyptaundan göyərtəsində 110 nəfər olan SA Agulhas II gəmisi yola düşüb. “Endurance” gəmisinin qalıqları əvvəllər güman edildiyi kimi, təqribən üç min metr dərinlikdə aşkarlanıb. Axtarış qrupunun iştirakçıları gəminin yaxşı qaldığını qeyd ediblər.

1915-ci ildə britaniyalı tədqiqatçı Ernest Şekltonun Antarktidanı keçərək səyahət etmək cəhdi uğursuz olub. Onun “Endurance” gəmisi Antarktidanın qərbində buzlarda ilişib qalıb. Gəmi buz qayaları ilə parçalanmazdan öncə bir neçə ay dreyf edib. “Endurance”ın məhvindən sonra ekspedisiyanın bütün iştirakçıları avarlı qayıqlarda xilas ola biliblər.

2019-cu ildə Ueddell dənizinə ekspedisiya zamanı alimlər həmin gəminin batdığı yerə təxminən çatıblar. Lakin əlverişsiz hava şəraitinə görə missiya vaxtından əvvəl yekunlaşıb. Tədqiqatçılar güman edirlər ki, aşağı temperatur, gün işığının olmaması və oksigen çatışmazlığı səbəbindən gəminin qalıqları yaxşı qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: