Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə atəşkəsin və sabitliyin təmin edilməsi, bölgəyə humanitar yardımın göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Rusiya ilə Ukrayna arasındakı danışıqların problemin daimi həlli baxımından mühüm olduğunu vurğulayan H.Akar qeyd edib ki, daha çox insan itkisinin olmaması üçün atəşkəs mümkün qədər tez əldə edilməlidir.
Türkiyəli nazir ölkəsinin Ukraynaya humanitar yardımın çatdırılması, sülh və əmin-amanlığın bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.