Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, telefon danışığı martın 10-da Türkiyə vaxtı ilə 18.30-da nəzərdə tutulur.