Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında ikitərəfli görüş olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirlər Ankaranın Ukrayna və Rusiya arasında vasitəçiliyini müzakirə ediblər.
Qeyd edək ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş olacaq.