G7 ölkələrinin energetika nazirləri martın 10-da qaz və neft bazarında qiymətləri müzakirə etmək üçün növbədənkənar görüşəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası məsələləri naziri Kvazi Kvartenq parlamentin İcmalar palatasında çıxışı zamanı bildirib.
G7 qrupuna Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir. 2022-ci ildən “yeddiliyə” AFR sədrlik edir. Qrupa daxil olan ölkələr fevralın sonunda Rusiya Federasiyasına sanksiyalar tətbiq ediblər. Bu sanksiyalar iqtisadiyyatın enerji sektoruna da təsir göstərib.