Ukraynanın mühasirədə qalan Mariupol şəhərinin küçələrindən 1207 nəfərin meyiti tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şəhər merinin müavini Serqiy Orlov BBC-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, şəhərdə ümumilikdə nə qədər insanın həlak olduğu hələlik məlum deyil. Şəhərkənarı məzarlıqlara gediş-gəliş mümkün olmadığından 47 nəfər kütləvi məzarda dəfn edilib, onlardan bəzilərinin kimliyini bilinmir.
Bundan əlavə, şəhərə yardım gətirilməsi və qalan əhalinin təxliyəsi mümkün deyil.
Məlumata görə, ötən gün şəxsi maşınları ilə Mariupolu tərk etməyə çalışan 100 nəfər buraxılış məntəqələrində rusiyalı hərbçilərin atəş açması səbəbilə geri qayıtmaq məcburiyyətində qalıb.
Hazırda ölən və itkin düşən digər şəxslərin axtarışları davam etdirilir.