ABŞ ukraynalı qaçqınlara dəstək məqsədilə Ümumdünya Ərzaq Proqramının maliyyələşdirilməsi üçün əlavə 50 milyon dollar vəsait ayırmaq niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşa prezidenti Ancey Duda ilə birgə mətbuat konfransında deyib.
"ABŞ humanitar yardımın göstərilməsi üçün Ümumdünya Ərzaq Proqramına əlavə 50 milyon dollar vəsait ayıracağıq", - deyə o bildirib.