Ukrayna hərbçiləri 5 yaşayış məntəqəsini azad edib

A- A A+

Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib.

NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukraynanın “Şimal” operativ komandanlığı feysbuk səhifəsində yayıb.

Məlumata görə, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil: “Zabit heyəti arasında vahimə var. Hesab edirlər ki, ali hərbi-siyasi rəhbərlik onları atıb. İndi Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Əməliyyat nəticəsində Rusiyanın ələ keçirilən iki zirehli döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək”.

Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Derqaç şəhərini Rusiya hərbçilərindən tamamilə azad ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: