ABŞ Rusiyaya dollar əsginaslarının ixracını qadağan edib

A- A A+

ABŞ Rusiyaya dollar əsginaslarının ixracını qadağan edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ Prezidenti CO Bayden Rusiyaya dollar əsginaslarının göndərilməsinin qadağan edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, birbaşa və ya dolayı yolla ABŞ-dan, eləcə də yaşadığı yerdən asılı olmayaraq ABŞ fiziki və ya hüquqi şəxsləri tərəfindən Rusiya hökumətinə, yaxud Rusiyada olan istənilən fiziki şəxsə dollar əsginasları göndərilməsi qadağan olunur.

Bir qədər əvvəl ABŞ Rusiyadan alkoqollu içkilər, dəniz məhsulları və brilyant idxalına da qadağa qoyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: