Türkiyə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda tərəf olmaq istəmir, Ankara diplomatiyanın tərəfdarıdır.
NUHÇIXAN İnformasiya Agentliyi CNN Türk telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, biz Rusiyaya qarşı sanksiyaların tərəfi olmaq istəmirik. Rusiya ilə yaxşı ticarət əlaqələrimiz var. Biz məsələnin diplomatiya yolu ilə həllinin tərəfdarıyıq”, - Fatih Dönmez belə deyib. Onun sözlərinə görə, Ankara Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ölkəsinə qaz nəqlinə təsir etməyəcəyini gözləyir.
Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib. Martın 8-də ABŞ Rusiyadan neft və neft məhsulları, həmçinin maye qaz və kömür idxalına qadağa qoyub.