Avropa İttifaqı Rusiyadan olan hüquqi və fiziki şəxslərə sanksiyaları genişləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi Avropa İttifaqı Şurasına istinadən xəbər verir ki, yeni sanksiyalar neft və energetika sektoruna, Rusiyadan polad və dəmir idxalına məhdudiyyətlər qoyur.
Aİ Rusiyaya zinət əşyalarının satışını da qadağan edib.
Bundan başqa, reytinq agentliklərinə Rusiya ilə bağlı kredit səviyyəsinin müəyyənləşməsi üçün istənilən yardımı qadağan edib.