Fox News telekanalının operatoru Kiyev ətrafında həlak olub

A- A A+

Amerikanın Fox News telekanalının operatoru Pyer Zakrjevski Kiyev ətrafında atəş altına düşərək həlak olub, həmin hadisə zamanı telekanalın müxbiri Bencamin Holl yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə onların həmkarı, Fox News telekanalının xəbərlər proqramının aparıcısı Con Roberts özünün tviter səhifəsində bildirib.

İnsident bazar ertəsi günü baş verib. Məlumat Pentaqon tərəfindən təsdiqlənib və əlavə edilib ki, hazırda hadisə ilə bağlı informasiya toplanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: