ABŞ Prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar həcmində yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə C.Bayden öz tviter hesabında yazıb.
“Mən Ukraynaya tarixi 13,6 milyard dollar həcmində yardımı göstərən sənədi imzaladım”, deyə C. Bayden əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında 13,6 milyard dollar məbləğində yardım edilməsi dəstəklənib.
Bu məbləğin 6,5 milyard dolları Pentaqondan Ukraynaya hərbi yardım üçün ayrılacaq. Qalan vəsaitlər digər sahələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.