Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya, cümə axşamı isə Ukraynaya səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonraki açıqlaması zamanı deyib.
O qeyd edib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna nazirlərinin görüşü bir nəticə verməsə də, diplomatiya üçün qapıların açılması baxımından çox önəmli idi.