Ukrayna ilə danışıqlarda kompromisin əldə olunacağına ümid var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK” telekanalına müsahibəsində bildirib. O deyib ki, danışıqlar prosesi çətin getsə də, kompromis əldə olunacağına ümid var.
S.Lavrov qeyd edib ki, Ukrayna tərəfindən danışıqlarda iştirak edən nümayəndə heyətinin bəzi üzvləri də bu fikirdədir.
Rusiya XİN-in başçısı ölkəsinin Avropa Şurasına üzvlükdən çıxmasına da münasibət bildirib. Nazir bu qərarın çoxdan qəbul edildiyini vurğulayaraq deyib ki, təşkilat artıq deqradasiyaya uğrayıb.