Rusiya hərbçiləri Ukrayna torpaqlarını minalayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyinin tviter səhifəsində yer alıb.
“Rusiya bizim təkcə infrastruktur, sənaye obyektlərimizi deyil, həm də meşələrimizi, kənd təsərrüfatı torpaqlarımızı minalayır. Həmin torpaqların istifadəyə yararlı olması üçün illər lazım gələcək. Bu, terrordur”, - paylaşımda bildirilib.