Polşa Prezidenti Andjey Duda Türkiyədə səfərdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 16-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Polşa Prezidenti Andjey Duda təkbətək görüşüblər. Nümayəndə heyətləri arasında müzakirələrdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.
Prezidentlər ikitərəfli münasibətləri, Ukrayna böhranından çıxış yollarını müzakirə etdiklərini bildiriblər. Bu istiqamətdə diplomatik səylərin davam etdirilməsinin vacibliyi ifadə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynaya səfər edəcək.