Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iki lider Rusiya və Ukrayna arasındakı böhranla bağlı son vəziyyəti müzakirə ediblər.
Türkiyə dövlətinin başçısı Ukrayna və Rusiya Prezidentlərinin görüşü üçün səylərini davam etdirəcəyini dilə gətirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında əsas məqsədlərinin davamlı atəşkəsin yaranmasına çatmaq olduğunu, müharibənin heç kimə fayda gətirmədiyini ifadə edib.