NATO-nun növbəti sammiti zamanı Ukraynaya sülhməramlı missiyanın göndərilməsi təklifi təqdim olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski dövlət televiziyasının efirində bildirib.
“Biz sülhməramlı missiya ideyasını ən yaxın müttəfiqlərimizlə müzakirə etdik. Bu təklif NATO-nun növbəti sammitində qaldırılacaq”, - Polşanın Baş naziri qeyd edib.
O, hazırda bu ideyanın bir çox Avropa ölkələrində müzakirə olunduğunu bildirib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev BMT-yə hələ 2015-ci ildə sülhməramlı əməliyyata başlamağı xahiş edib.