“Türk Hava Yolları” Çanaqqala zəfərinin 107-ci ildönümü münasibətilə film hazırlayıb - VİDEO

A- A A+

“Türk Hava Yolları” (THY) 18 Mart Çanaqqala zəfərinin 107-ci ildönümü münasibətilə xüsusi film hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı THY-nin mətbuat xidmətindən açıqlama verilib.

Filmdə şəhidlərin cəbhədən yaxınlarına və türk millətinə göndərdiyi məktublar səsləndirilir, Çanaqqalanın görüntüləri nümayiş etdirilib.

Xatırladaq ki, Çanaqqala döyüşündə türk əsgərləri ilə yanaşı, üç minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər.

Qeyd edək ki, martın 18-də Çanaqqala zəfərinin 107-ci ildönümü münasibətilə bu vilayətin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsünün rəsmi açılış mərasimi keçiriləcək. Bu, Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: