"Rusiya hərbi təyyarələrinin təxminən üçdəbir hissəsini itirib".
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
“Ukrayna hərbçiləri hər gün rusların bir neçə təyyarəsini vururlar. Üç həftə ərzində ruslar təyyarələrinin üçdəbir hissəsini itirib”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi martın 16-da Rusiyanın 5 təyyarə və 3 helikopterinin məhv edildiyini açıqlayıb.