Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri xarici işlər naziri Mövlud Çavuşoğluna istinadla məlumat yayıb.
Bildirilib ki, liderlər Rusiya-Ukrayna böhranını müzakirə ediblər.
Xatırladaq ki, Türkiyə Ukrayna ətrafında yaranmış böhranın həlli üçün çoxistiqamətli diplomatik fəaliyyət həyata keçirir.
Moskva səfərinin ardınca Ukraynaya gedən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda Kiyevdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da vəziyyətlə bağlı növbəti dəfə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışıb.