Mariupolda Rusiya silahlı qüvvələrinin hücumu nəticəsində mənzil fondunun 80%-i dağıdılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.
“Mariupolda vəziyyət kritikdir. Hər gün orta hesabla şəhərə 50-100 hava bombası atılır. Dağıntı böyükdür, ilkin hesablamalara görə, şəhərin yaşayış fondunun təxminən 80%-i dağılıb, onun 30%-ə yaxınını bərpa etmək mümkün deyil”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ukraynanın Mariupol şəhəri Rusiya ordusu tərəfindən mühasirəyə alınıb.