Nyukasl Universitetinin alimləri Sakit okeanın Peru çökəkliyində üç yeni canlı növü aşkar ediblər.
NUHÇIXAN "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dəniz bioloqları yırtıcılardan qorxmadan 6-7,5 km dərinlikdə sərbəst yaşaya biləcək yeni növ çılpaq dəniz ilbizləri tapmağa müvəffəq olublar.
"Çəkilişlər göstərir ki, çökəkliyin dibində "snailfish"in (çılpaq dəniz ilbizi) qidalandığı və bu səbəbdən də inkişaf etdiyi çoxlu sayda onurğasızlar var", — deyə doktor Tomas Linli bildirib.
Onun sözlərinə görə, bu canlılar belə şəraitdə yaşayışa çox yaxşı uyğunlaşıblar. Bununla belə onların bədəni su üzərinə qaldırıldığı zaman dağıla bilər.