BMT-nin miqrasiya agentliyi 6,5 milyona yaxın ukraynalının müharibənin başlaması səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Associated Press News” agentliyinə istinadən yazır.
Qeyd olunub ki, hazırda Ukraynada 12 milyondan çox insan artan təhlükəsizlik riskləri, körpülərin, yolların dağıdılması, sığınacaq tapmaq üçün resursların və ya məlumatın olmaması səbəbindən təsirlənmiş ərazilərdə ilişib qalıb və ya həmin ərazini tərk edə bilmir.
BMT-nin Qaçqınlar üzrə Agentliyi müharibənin İkinci Dünya Müharibəsindən sonra Avropada ən ağır qaçqın böhranına səbəb olduğunu bildirib.