“Rusiya ilə Ukrayna arasında kritik və vacib məsələlər üzrə yaxınlaşma var”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyet”ə müsahibəsində bildirib.
“Biz 4 maddə üzrə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü görürük. Bəzi məsələlər barəsində qərarı rəhbərlik qəbul etməlidir. Savaş haqqında bir şey söyləmək çətin olsa da, görüşlərdən sonra atəşkəsə ümidimizin artdığını söyləyə bilərəm”, - nazir deyib.
Qeyd edək ki, Mövlud Çavuşoğlu martın 16-da Moskvada, 17-də isə Lvovda səfərdə olub.