Rusiya ordusu Ukraynanın Mariupol şəhərində içərsində 400-ə yaxın dinc sakin olan incəsənət məktəbinə bomba atıb.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası bildirib.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Mariupolun Levoberejnıy rayonundakı 12 saylı incəsənət məktəbinə bomba atıb. Bildirilib ki, sakinlər Rusiya bombardmanından məktəbdə gizlənibmiş. Məktəbdə gizlənən 400-ə yaxın dinc ukraynalının çoxu uşaq, qadın və yaşlı olub. Bombardman nəticəsində bina uçub. Dağıntılar altında hələ dinc sakinlərin qaldığı bildirilib. Xəsarət alanların sayı dəqiqləşdirilir.
Bildirilib ki, martın 16-da Rusiya qırıcıları Mariupolda dinc sakinlərin sığındıqları dram teatrının binasını da bombalayıb. Orada yüzlərlə dinc sakinin olduğu bildirilib.