Martın 21-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 8 humanitar dəhliz açılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk videomüraciətində bildirib.
O deyib ki, martın 21-də Kiyev, Donetsk və Luqansk vilayətlərində humanitar dəhlizlər razılaşdırılıb.
Qeyd edək ki, artıq bir neçə gündür Ukraynada müxtəlif istiqamətlər üzrə humanitar dəhlizlər fəaliyyət göstərir.