Moskvanın Tver Məhkəməsi Rusiyada feysbuk və instaqram sosial şəbəkələrinin fəaliyyətini ekstremizmlə bağlı qadağan edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir.
Qərarın dərhal icra edilməli olduğu vurğulanır.
Xidmətlərin sahibi “Meta” şirkətinin ekstremist kimi tanınması ilə bağlı iddia Baş Prokurorluq tərəfindən qaldırılıb. Nəzarət orqanı izah edib ki, onlar Rusiya vətəndaşlarının hüquqlarının daha da pozulmasından qorumaq niyyətindədirlər. İddiaya görə instaqram Rusiya qoşunlarının Ukraynadakı müharibəylə bağlı saxtakarlığın silinməsi ilə əlaqədar 4,5 mindən çox müraciətə, icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.