Ukrayna ordusu Nikolayev vilayətində 1 kəndi Rusiya hərbçilərindən azad edib.
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün teleqram kanalında bildirib.
“Əsgərlərimiz düşməni cinahlardan mühasirəyə alıb və təmizləmə əməliyyatı həyata keçirib. Nəticədə işğalçılar itki verib, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri hərbi qənimətlər - texnika, silah və sənədləri ələ keçiriblər”, - o deyib.
Qeyd edilir ki, Rusiya hərbçiləri uşaq bağçasında gizlənib. Kəndin sakinləri, o cümlədən uşaqlar əvvəlcədən təxliyə olunub.
Rusiya ordusunun itkiləri hələ dəqiqləşdirilməyib.