Rusiya KİV-ləri "Meta Platforms Inc"in və onun sosial şəbəkələri "Facebook" və "Instagram"ın loqolarını nümayiş etdirməməlidir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "TASS"a "Roskomnadzor"un mətbuat xidmətindən bildiriblər.
"Meta Platforms Inc" və onun sosial şəbəkələri "Facebook" və "Instagram"ın loqolarının Rusiya mediası tərəfindən nümayişinə icazə verilmir", - deyə "Roskomnadzor"dan bildirilib.
Qeyd edilib ki, Rusiya mediası "Meta Platforms"u ölkədə qadağan olunmuş təşkilat kimi qeyd etməlidir.