Volodimir Zelenski fransız parlamentariləri qarşısında çıxış edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentariləri qarşısında çıxış edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransa Senatı və Milli Assambleyasının birgə iclasına videokonfrans vasitəsilə qoşulan V. Zelenski Ukraynadakı hazırkı vəziyyət barədə məlumat verib.

Volodimir Zelenski, həmçinin qısa müddətdə Avropa İttifaqına qoşulmaq arzusunu səsləndirib, Fransa Prezidentini “tarixi anda yetkin və tarixi qərar” qəbul etməyə səsləyib. Gələcəkdə müharibələrin qarşısını almaq məqsədi ilə yeni Avropa təhlükəsizlik sistemi yaratmağa çağırış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: