Martın 25-ə keçən gecə Ukraynanın Dnepr şəhəri yaxınlığında hərbi hissə raket atəşinə tutulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayəti Administrasiyasının rəhbəri Valentina Rezniçenko məlumat verib.
"Dnepr kənarında yerləşən hərbi hissəyə iki raket zərbəsi endirilib", - deyə Rezniçenko əlavə edib.
Hərbi hissədə xilasedicilər işləyir.