Rusiya hücum əməliyyatlarının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, əsas diqqətini Ukraynanın şərqini ələ keçirməyə yönəldəcək.
NUHÇIXAN İnformasiya Agentliyi “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi bildirib.
Rusiya qüvvələri Ukrayna Prezident Ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Ukrayna Ordusunu Donbasdan kəsməyə çalışacaq.
Onun sözlərinə görə, ABŞ Rusiya qüvvələrinin Donbas bölgəsində daha aqressivləşdiyini müşahidə edir:
“Onlar, şübhəsiz ki, bunu özlərinə prioritet ediblər”.
Qeyd edək ki, Rusiya qoşunları Kiyev yaxınlığında ilişib və müdafiə mövqelərinə keçiblər. Eyni zamanda, Ukrayna Ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.