Türkiyənin Kayseri vilayətində yerləşən sink mədənində çökmə baş verib. Dağıntılar altında qalan işçilərdən biri ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kayserinin Yahyalı rayonunda meydana gələn çökmə zamanı içəridə iki işçinin olduğu ehtimal edilir.
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Hazırda digər şəxsin axtarış-xilasetmə işləri davam edir.
Faktla bağlı araşdırma başladılıb.