Türkiyənin istehsal edəcəyi milli döyüş təyyarəsinin bütün ehtiyat hissələri yerli təchizata bağlı olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türk Aviasiya və Kosmos Sənayesi Şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotil məlumat verib. O bildirib ki, 2023-cü il martın 18-nə kimi “Hürjet” və “Atak-2” hərbi təyyarələrinin səmaya qaldırılması planlaşdırılır.
Milli döyüş təyyarələri üçün yerli mühərrikin istehsal olunmasının ən əsas hədəf olduğunu və bunun üçün geniş imkanların mövcudluğuna diqqəti çəkən T.Kotil əminliklə bildirib ki, gələcək on ildə mühərrik istehsalı sahəsində sıçrayışlı inkişaf olacaq.