"Bu, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasındakı mübarizədir. Biz özümüzü uzun mübarizəyə hazırlamalıyıq, bir günə və ya bir aya qalib gələ bilməyəcəyik".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Cozef Bayden deyib.
ABŞ Prezidenti deyib ki, indi Ukrayna demokratiya və azadlıq uğrunda mübarizədə ön sıralardadır. “Hazırda Ukraynada azadlıq və repressiya arasında mübarizə gedir”, - Amerika lideri bildirib.
“Rusiya dünyada ən ağır cəza sanksiyaları altındadır və bundan sonra yeni sanksiyalar tətbiq olunacaq”, - Ağ Ev başçısı vurğulayıb.
ABŞ prezidenti həmçinin əlavə edib ki, Rusiya heç vaxt Ukraynanı məğlub edə bilməyəcək. “Dünya azad olacaq, Ukraynada heç vaxt Rusiyanın qələbəsi olmayacaq", - Bayden deyib.