Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

A- A A+

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, qəza Ərzurum-Ərzincan magistral yolunda qeydə alınıb. İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: