Ermənistan qırıcı təyyarələrini Ukraynaya qarşı istifadə üçün Rusiyaya verib - VİDEO

A- A A+

Martın 25-də Ermənistan 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Haber Global” televiziya kanalı kəşfiyyat məlumatları əldə edib.

Məlumata görə, martın 25-də həmin qırıcılar Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya yola düşüb. Rusiyaya hərbi dəstək verən Ermənistana qarşı sanksiyaların tətbiq olunacağı və ya xəbərdarlıq ediləcəyi ehtimalı istisna edilmir.

Telekanal xatırladıb ki, Rusiya Ukraynada böyük itkilərə məruz qaldığına görə Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş sülhməramlıları, habelə yanacaqdoldurma vasitələri və “Tiqr” zirehli texnikalarını Laçın dəhlizi üzərində Ermənistana geri çəkib. Oradan isə hərbi karqo təyyərəsi ilə Rusiyaya göndərilib.

Eyni zamanda, qeyd olunub ki, Rusiya suriyalı muzdluları döyüşlərə cəlb etmək üçün Ermənistan ərazisindən baza kimi istifadə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: