Rusiya Ukrayna nümayəndələri ilə İstanbulda keçiriləcək danışıqların uğurla nəticələnməsində maraqlıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-lərinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın NATO tərəfindən silahlandırılmasını dayandırmağa çalışır. Eyni zamanda, Rusiya ilə Ukraynanın razılıq əldə etməsinə şans var.
S.Lavrov danışıqları davam etdirmək üçün digər məkanların, o cümlədən Belqradın da nəzərdən keçirildiyini vurğulayıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri martın 29-30-da İstanbulda danışıqların növbəti raundunu keçirəcəklər. Bu barədə razılıq martın 27-də Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı zamanı əldə olunub.