Rusiya və Ukrayna heyətlərinin növbəti görüşü martın 29-da İstanbulda keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb.
Məlumata əsasən, Rusiyanın nümayəndə heyəti artıq İstanbula gəlib. Nümayəndə heyətini gətirən təyyarə Ankara vaxtı ilə saat 16:00-da İstanbulun Atatürk Hava Limanına enib.
Bildirilib ki, nümayəndə heyətləri arasında görüş martın 29-da İstanbulun Dolmabağça Sarayında media üçün qapalı şəraitdə keçiriləcək.