Martın 29-da İstanbulun Dolmabaxça sarayında Rusiya və Ukrayna müzakirə heyətinin növbəti görüşü keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nümayəndə heyətləri arasındakı media üçün qapalı şəraitdə keçiriləcək görüşün Ankara vaxtı ilə saat 10:30-da başlaması planlaşdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıdan əvvəl hər iki ölkənin nümayəndələri ilə görüşü gözlənilir.
İstanbulda aparılan danışıqlar iki gün davam edəcək.
Qeyd edək ki, Rusiyanın və Ukraynanın nümayəndə heyətləri martın 28-də İstanbula gəliblər. Hər iki ölkənin təyyarəsi Atatürk hava limanına enib.