Rusiyanın desant gəmisi məhv edilib

A- A A+

Ukrayna Silahlı Qüvvələri Berdyansk limanında Rusiyaya məxsus "Saratov" desant gəmisini məhv edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Viktor Yaqun məlumat yayıb.

O bildirib ki, gəmi "Toçka-U" raketi ilə vurulub.

Generalın sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri bir neçə belə əməliyyat keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: