Beynəlxalq Telekommunikasiya İttifaqı milli kibertəhlükəsizliyin təmin edilməsi üzrə təlimat dərc edib
Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunications Union - ITU) dövlətlərin milli kibertəhlükəsizlik strategiyalarının yaradılması və həyata keçirilməsi prosesinə kömək məqsədilə “Milli kibertəhlükəsizlik strategiyalarının hazırlanması üzrə təlimat” (National Cybersecurity Strategy Guide) dərc edib.
NUHÇIXAN təşkilatın yaydığı məlumata istinadla xəbər verir ki, direktiv orqanlar sənəd vasitəsilə ölkədə konkret vəziyyəti, mədəni və sosial dəyərləri nəzərə alan, eləcə də inkişaf etmiş İKT infrastrukturuna malik mühafizəli, dayanıqlı cəmiyyətin qurulmasını təşviq edən strategiyalar hazırlaya biləcək.
Bildirilir ki, təlimat müxtəlif hökumət və beynəlxalq təşkilatların, eləcə də özəl sektor nümayəndələrinin, o cümlədən Telekommunikasiya Təşkilatları Birliyinin (Commonwealth Telecommunications Organisation), Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin, Oksford Universitetinin, “Microsoft” korporasiyasının, NATO-nun və sair köməyi ilə hazırlanıb.