BMT: Ukraynadan qonşu ölkələrə 4 milyondan çox qaçqın gəlib

A- A A+

Ukraynadan onunla qonşu olan ölkələrə gələn qaçqınların sayı 4 milyonu ötüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsindən bildiriblər.

İdarənin saytında yerləşdirilmiş məlumata əsasən, fevralın 24-dən martın 29-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 milyon 19 min 287 nəfərə çatıb. Sutka ərzində onların sayı 117 min nəfərdən çox artıb.

Fevralın 24-dən martın 29-dək olan müddətdə, o cümlədən Polşaya 2 milyon 336 min 799, Rumınıyaya 608 min 936, Moldovaya 387 min 151, Macarıstana 364 min 804 nəfər ukraynalı qaçqın gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: