Türkiyədə yeni nəsil "Çakır" raketi təqdim olunub - VİDEO

A- A A+

Türkiyənin ROKETSAN müdafiə sənayesi şirkəti yeni nəsil "Çakır" raketinin təqdimatını keçirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, həm quru, həm hava, həm də dəniz platformalarından buraxıla bilən "Çakır" 150 kilometr uçuş məsafəsinə malikdir.

3,2 metr uzunluğunda və 300 kiloqram ağırlıqda olan raket Türkiyənin yerli istehsalı olan turbo mühərriki ilə təchiz olunacaq.

"Çakır" raketinin yaxın zamanlarda kütləvi istehsalına başlayandan sonra Türkiyə Hərbi-Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: