Ukrayna ordusu Zaporejyedə daha 5 yaşayış məntəqəsini işğaldan azad edib

A- A A+

Ukrayna Silahlı Qüvvələri Zaporejye vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.

NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb. “Ukraynalı hərbçilər torpaqlarımızın hər qarışı uğrunda vuruşurlar. Bu bizim üçün vacibdir”.

Qeyd edək ki, daha əvvəl Ukrayna ordusunun Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa etdiyi barədə məlumat verilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: