Martın 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığının olacağı gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata əsasən, iki lider arasındakı telefon danışığının Ankara vaxtı ilə saat 22:00-da baş tutması planlaşdırılır.
Danışıq zamanı Rusiya-Ukrayna böhranındakı son vəziyyət və mövzu ilə bağlı digər məsələlərin müzakirə ediləcəyi bildirilir.