Ukrayna Müdafiə Nazirliyi müharibənin 37-ci günü ilə bağlı operativ məlumat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə informasiya nazirliyin feysbuk səhifəsində paylaşılıb.
Məlumata görə, Rusiya hərbçiləri Kiyev vilayətinin şimalından Belarus sərhədinə doğru çıxarılır:
“Rusiya hərbçiləri talan edilmiş əmlakı ölkədən çıxarırlar. Həmçinin onlar dinc əhalinin təxliyəsinə maneə yaradır, yerli sakinlərin evlərindən şəxsi heyətin yerləşməsi üçün istifadə edir, vətəndaşlarımızı girov götürürlər. Soyğunçuluq və zorakılıq davam edir. Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdə yerli sakinlərə mal və xidmət ödənişlərini rublla ödəməsi məcbur edilir”.
Həmçinin bildirilir ki, son sutkada Rusiyanın 3 tankı, 2 zirehli maşını, 2 artilleriya sistemi məhv edilib.
“Daha 10 PUA vurulub. Ukraynanın müdafiə qüvvələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir, qarşı tərəfin mövqelərini yarır və torpaqları mərhələləri şəkildə azad edirlər” , - məlumatda bildirilib.