Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Valdimir Putin arasında telefon danışığı olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı TASS yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov liderlər arasında telefon danışığı olacağını təsdiqləyib.
“Bu gün Putinin bir neçə beynəlxalq telefon danışığı olacaq. Bizim Ankaradakı həmkarlarımız artıq Ərdoğanla danışığın olacağını elan ediblər. Biz bunu təsdiqləyirik”, - o vurğulayıb.
Qeyd edək ki, ötən gün, martın 31-də R.T.Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.